Təhsil Nazirliyindən hicab açıqlaması

img

22-08-2013 [14:02]


Təhsil Nazirliyi məktəblilərin hicabla dərsə gəlməsi ilə bağlı "mövqe.az"a açıqlama verib. Nazirlikdən verilən məlumata görə, şagirdlər məktəbə müəyyən olunmuş geyim formasında gəlməlidirlər:

""Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir".

Qeyd edək ki, məktəblilərin dərsə hicabla gəlməsi ötən tədris ili çoxsaylı narazılıqlarla müşahidə olunmuşdu. Bəzi ümumtəhsil müəssisələrində məktəbli qızların hicab taxaraq dərsə gəlməsinə qoyulan qadağalar, dindarların Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməsinə gətirib çıxartmışdı. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA