22-08-2013 [12:23]
Azərbaycanın Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, sabiq baş prokuror Eldar Həsənov jurnalist Eynulla Fətullayevi məhkəməyə verəcəyini açıqlayıb.
Bu barədə musavat.com-a Eldar Həsənova yaxın olan mənbə məlumat daxil olub. Məlumata görə, Eynulla Fətullayevin avqustun 13-də virtualaz.org saytında yazdığı "İlham Əliyevə qəsdin üstü açıldı” məqaləsi və bundan bir neçə gün sonra həmin saytda Eldar Həsənova cavabında yazdıqları səfiri qəzəbləndirib. Eldar Həsənov hər iki məqalədə son dərəcə ağır cinayətlərdə suçlandığını və bu suçlamaların böhtan olduğunu əsas göstərərək Eynulla Fətullayevin məhkəmə vasitəsilə cəzalandırılmasını tələb etməyi planlaşdırır. Məlumatda həmçinin deyilir ki, sabiq baş prokuror Eynulla Fətullayevin ona böhtan atdığı və bu səbəbdən də jurnalisti məhkəməyə vermək istəyini hətta prezident İlham Əliyevə də çatdırıb. Ölkə başçısından isə "məhkəməyə müraciət etmək hüququndur” cavabını alıb.
"Yeni Müsavat”ın dünənki sayında məlumat verilib ki, E.Həsənovun Azərbaycanda dövlət çevrilişi həyata keçirməyə cəhd göstərən qrupla əlaqələndirilməsi, Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı planlarında yer alması haqda məlumatların gündəmə gətirilməsi və ünvanına bir sıra ittihamlar səsləndirilməsi səfirin ölkə rəhbərliyinə izahat verməsinə səbəb olub. E.Həsənov ölkə rəhbərliyi ilə təmasa keçə bilib və təkcə barəsində yazılanların doğru olmadığını izah etməklə kifayətlənməyib. Həm də ona qarşı kampaniyanın arxasında hakimiyyət daxilində kimlərin dayandığını deyib, konkret adlar açıqlayıb. Səfir həmçinin bu kampaniyanın nə məqsədlə aparıldığını da deyib. Məlumata görə, E.Həsənov mövqeyini ifadə edərkən ona qarşı kampaniya aparanlar haqda diplomatik üslubda yox, kifayət qədər açıq danışıb, konkret ünvanlar göstərib. E.Fətullayevi məhkəməyə vermək fikrini də prezidentə məhz bu danışıq zamanı çatdırdığı istisna deyil.
Məsələyə Eynulla Fətullayev də münasibət bildirib.
O, öncə ehtimalı şərh etmək istəmədiyini deyib: "Məhkəməyə müraciət edilməyibsə, bu barədə nəzəriyyəni şərh etmirəm. Əgər məhkəməyə müraciət edilsə, münasibət bildirərəm. Ehtimal və nəzəriyyələri niyə şərh eləməliyəm? Versə, o zaman şərh edərəm”. "Məlum yazıların müəllifi olaraq orada məhkəmə predmeti olacaq, məsuliyyət yaradan fikirlərin olduğunu düşünürsünüzmü” sualına E.Fətullayev belə cavab verdi:
"Qətiyyən yoxdur. Çünki orada həm araşdırma, həm də təhlilə söykənən fikirlər əksini tapıb. O yazıda heç bir təhqiredici və şərəf və ləyaqəti aşağılayan fikirlər, mülahizələr yoxdur. Mən hesab eləmirəm ki, məqaləmdə kiminsə şərəf və ləyaqətini təhqir etmişəm”.
"Qafqazinfo” bu arada maraqlı bir məlumat əldə edib. Xəbərə görə, Eynulla Fətullayev məhkəmə prosesinə ciddi hazırlaşır. Jurnalistin əlində yazdığı məqaləyə dair şok sənədlərin olduğu bildirilir. Jurnalist həmin sənədləri məhkəmədə nümayiş etdirməyi nəzərdə tutub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi