Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olundu

img

21-08-2013 [16:42]


"Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyinin olmaması haqqında arayış artıq Bakıdadır. Hesab edirik ki, MSK imza toplamaq üçün vərəqələri verməlidir. Biz də artıq sənədləri Təşəbbüs qrupu kimi hazırlayıb, gün ərzində MSK-ya təqdim edəcəyik”.

Bunu bu gün keçirdiyi brifinqdə Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov deyib.

E. Namazov bildirib ki, bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxanın iştirakı ilə keçirilən görüşdə Milli Şuranın növbəti sessiyasının avqustun 26-da keçirilməsi barədə də razılıq əldə olunub.

Həmin gün yeni Təşəbbüs Qrupunun da iclası keçiriləcək: "Sessiyada və Təşəbbüs qrupunun iclasında yeni namizəd də irəli sürüləcək. Vahid namizəd məsələsinin həllini tapması üçün artıq razılaşma mövcuddur”.//APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA