Milli Şura ehtiyat namizəd seçə bilmədi

img

21-08-2013 [16:20]



Milli Şuranın üzvü olan qurumların rəhbərləri - İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Sülhəddin Əkbər, Əvəz Temirxan və Eldar Namazovun bu gün keçirdiyi qapalı toplantıda ehtiyat vahid namizədin müəyyənləşdirilməsi mümkün olmayıb.

Bu barədə "Qafqazinfo”ya Milli Şuranın üzvü Eldəniz Quliyev xəbər verib. E. Quliyev deyib ki, toplantıda Cəmil Həsənli, Mehman Əliyev və Eldar Namazovun vahid namizədliyi ilə bağlı təkliflər irəli sürülüb. Lakin müzakirələrin gedişində təklif olunan şəxslərlə bağlı yekun qərar əldə olunmayıb: "Buna görə də qərara gəliblər ki, daha 5 gün gözləsinlər və bu müddətdə müzakirələr davam etdirilsin. Yəqin ki, yekun qərar Milli Şuranın növbəti iclasında veriləcək”.

***

"Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyinin olmaması haqqında arayış artıq Bakıdadır. Hesab edirik ki, MSK imza toplamaq üçün vərəqələri verməlidir. Biz də artıq sənədləri Təşəbbüs qrupu kimi hazırlayıb, gün ərzində MSK-ya təqdim edəcəyik”. APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi brifinqdə Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov deyib.

E. Namazov bildirib ki, bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəlioğlu, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxanın iştirakı ilə keçirilən görüşdə Milli Şuranın növbəti sessiyasının avqustun 26-da keçirilməsi barədə də razılıq əldə olunub.

Həmin gün yeni Təşəbbüs Qrupunun da iclası keçiriləcək: "Sessiyada və Təşəbbüs qrupunun iclasında yeni namizəd də irəli sürüləcək. Vahid namizəd məsələsinin həllini tapması üçün artıq razılaşma mövcuddur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA