Hafiz Haciyevə 12700 imza toplanıb

img

21-08-2013 [15:39]


Müasir Müsavat Partiyası srağagündən, yəni avqustun 19-dan imzatoplama kompaniyasına başlayıb. Keçən toplantıda qərara alınmışdı ki, imzatoplayanların sayı 100-ə qaldırılsın.Mərkəzi Seçki Qərargahı bu qərara əməl edib və hal hazırda həmin şəxslər bütün Azərbaycanı əhatə edən dairələrdən imza toplamağa başlayıblar. Yığılan imzalar günün axırında partiyanın Mərkəzi Seçki Qərargahına təhvil verilir.Seçki Qərargahında fəaliyyət göstırın xüsusi qrup həmin imzaları bir-bir gözdən keçirir .

3 gündə 12 min700 imza toplayan partiya çalışır ki,bu kampaniyanıhəftənin axırına qədər başa çatdırsın. İmza vərəqələri İdarə Heyətinin üzvləri tərəfindən tam yoxlanıldıqdan sonra MSK-ya təqdim ediləcək.

Bu gün Muasir Musavat Partiyasının mərkəzi qərargahındamüşavirə də keçirilib.Müşavirədə yerlərdə seçki qərargahlarının fəaliyyəti,təbliğat-təşviqatkampaniyasının aparılmasına hazırlıq məsələlərimüzakirə olunub.Sonra toplantı iştirakçıları bu seçkidə təbliğat vasitəsi kimi mitinq keçirmək haqqında geniş müzakirə aparıblar və qərara alınıb ki ,partiya namizədinin təbliğatı üçün mitinq keçirsin.MMP bununla bağlı yaxın günlərdə BŞİH-nə müraciət edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA