Lalə Şövkət də prezidentliyə namizəd ola bilər

img

21-08-2013 [14:29]



Məlum olduğu kimi, Milli Şuranın sonuncu iclasında qaldırılan ehtiyat namizəd məsələsi Şurada təmsil olunan müxalif partiyalar tərəfindən birmənalı qarşılanmadı.

Mətbuatın yazığına baxsaq, Azərbaycan Liberal Partiyası (ALP) və Açıq Cəmiyyət Partiyasının (ACP) ehtiyat namizəd təklifinə qarşı çıxması, onların digər müxalifət liderlərinin – AXCP və Müsavat rəsmilərinin mövqeyinə əks olması diqqətdən yayınmır. Rəsul Quliyev açıq-aşkar bu qərara qarşı çıxdığını bəyan etdi. ALP isə hələ də susmaq niyyətindədir.

Hətta yayılan məlumatlarda ALP təmsilçilərinin sessiyanı vaxtından əvvl tərk etməsi də liberalların İbrahimbəyova ehiyat namizəd istəməməsi kimi qiymətləndirildi.

Bu durumda ALP nə edəcək? Partiyanın mövqeyi nədən ibarətdir? Modern.az-ın əməkdaşı bu suallara cavab tapmaq üçün partiya sədri Əvəz Temirxanla əlaqə saxlayıb. Ə.Temirxan hazırda bu istiqamətdə danışıqlar getdiyi üçün mətbuata danışmaq istəmədiyini bildirib. ALP sədri Milli Şuranın sonuncu sessiyasını tərk etmələrinə isə belə aydınlıq gətirib: "Hazırda müzakirələr getdiyindən mən hələlik bu məsələ barədə mətbuata fikir bildirmək niyyətində deyiləm. Sessiyanı tərk etməmişik, 4 saatdan çox davam edən iclas qutaranda birinci biz çıxmışıq”.

Bəzi məlumatlarda ALP lideri Lalə Şövkətin də vahid namizəd ola biləcəyi haqda fikirlərə rast gəlinir.

Ə.Temirxan bu məsələ ilə bağlı suala cavab verməkdən imtina edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA