Azərbaycanlı iş adamı güllələndi

img

21-08-2013 [12:01]


Azərbaycanlı iş adamı Əli Həmidov naməlum şəxslər tərəfindən İstanbulda güllələnib. Türkiyə mətbuatı xəbər verir ki, hadisə Bahçeşehir Şelale küçəsindəki lüks yaşayış komplekslərindən birində baş verib. İş adamının rusiyalı dostu 29 yaşlı Asiyat Alaşev isə ağır yaralanıb.

41 yaşlı iş adamı dostu ilə hovuzda istirahət edən zaman içəri girən 6 nəfər onlara hücum edib. Silahlı şəxslər iş adamlarını silah gücünə hovuzdan çıxardıqdan sonra dəyənəklə döyüblər. Kompleksin təhlükəsizlik əməkdaşlarını da təhdid edən silahlı şəxslər Həmidov və Alaşevi güllələyərək hadisə yerindən uzaqlaşıblar.

Həmidov Esenyurt Dövlət Xəstəxanasında həyatını itirib. Alaşevin isə vəziyyətinin ağır olduğu deyilir.

Əli Həmidov Türkiyədə tikinti biznesi ilə məşğul olurdu. /Milli.Az/


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA