21-08-2013 [11:05]
Parlamentin sabiq üzvü ad gününü təcridxanada qeyd edib. Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın son məhkəmə prosesi barədə ilginc gəlişmə var. Bu barədə bizə açıqlamasında G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Onun sözlərinə görə, avqustun 7-də Səbayel Rayon Məhkəməsində, ondan bir neçə gün sonra isə Apelyasiya Məhkəməsində baş tutan proses zamanı G.Əhmədovanın həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı 3 deputat müraciət edib.
Bunlar İlyas İsmayılov, Fazil Mustafa və Qüdrət Həsənquliyev olub.
Amma nə ilkin, nə də apelyasiya instansiyası deputatların müraciətini nəzərə alıb. Nəticədə
G.Əhmədovanın həbs müddəti daha 3 ay uzadılıb.
Xatırladaq ki, prosesə hakim Famil Nəsibov sədrlik edib. Prokuror qismində Elşad Məmmədov çıxış edib. Proses zamanı G.Əhmədova yarım saatlıq müdafiə çıxışı edib. Sabiq deputat həbsinin əsassız olması ilə bağlı arqumentli çıxış edib.
Fazil Mustafa "Yeni Müsavat”a açıqlamasında bu müraciətin təfərrüatlarına toxundu. Onun sözlərinə görə, belə bir məktubla bağlı G.Əhmədovanın ailəsi tərəfindən ona müraciət olunub: "Şəxsən mənə müraciət olunmuşdu. Təbii ki, biz cinayət işinə, istintaqa qarışmırıq. Ona qarşı irəli sürülən ittihamla bağlı hansısa məsuliyyət varsa, bunun araşdırılmasının tərəfdarıyıq. Himayəsində uşaqlarının olmasını, səhhətindəki problemləri nəzərə alanda istintaqa və məhkəməyə humanist şəkildə müraciət etdik. İstintaq müddətində həbsinin ev dustaqlığı ilə əvəzlənməsini daha məqsədəuyğun hesab edirik. Daha öncə Nigar və Tofiq Yaqublular üçün də müraciət etmişdik. Bu məsələdə bir humanist addım atmağı düşündük. Təəssüf ki, müraciətimiz nəzərə alınmadı. Amma ailəsi tərəfindən yenidən müraciət olsa, yenə müraciət edərəm. Əgər adam təhlükə törətmirsə, qaçıb gizlənmək ehtimalı yoxsa, istintaq müddətində ailəsindən kənar qalması doğru deyil. İstintaq orqanları bunu etməməklə sərt üslub seçirlər”.
F.Mustafa "siz Gülər Əhmədovanın günahsız olduğunu düşünürsüz” sualımıza cavabında isə bildirdi ki, məqsədi istintaqın işinə müdaxilə etmək deyil: "Günahı varsa, məsuliyyət daşıdığı sübut olunarsa, bu məsələni məhkəmə müəyyən edəcək. Amma evdə 3 övladı varsa, onların bir neçə ay himayədən kənar olması yaxşı hal deyil. Bir çox cinayətlər var ki, türmədə yatmadan da ev dustağı kimi istintaqın sonunu gözləmək mümkündür. Cinayəti sübut olunmayanda bir neçə ay, bəzən illərlə insanların həbsdə qalması halları olur ki, bu, heç də ədalətli deyil”.
Modern.azsaytı xəbər verir ki, avqustun 20-də həbsdə olan sabiq deputat Gülər Əhmədovanın ad günüdür. Psixologiya elmləri namizədi Gülər Əhmədova 1965-ci il avqust ayının 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən 2013-cü ilədək Respublika Uşaq Təşkilatının sədri, Bakı Dövlət Universitetinin müəllimi olub.
Hakim Yeni Azərbaycan Partiyasının üzvü olan G.Əhmədova həm də Milli Məclisin deputatı idi.
2010-cu ildə üçüncü dəfə deputat seçilmişdi.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina etdi. Bu il fevralın 13-də isə G.Əhmədova barəsində həbs-qətimkan tədbiri seçildi.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirləndirilir.
3 oğlan anası olan G.Əhmədova hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında saxlanılır.
Ad günü ilə əlaqədar G.Əhmədovanı həyat yoldaşı Fikrət Əhmədov ziyarət edib. Sabiq deputatın hələ də təzyiq problemi qalır, ürəyindəki ağrılar isə davam edir. G.Əhmədovanın həkim nəzarətində olduğu bildirilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi