Bu il 141 mindən çox uşaq I sinfə gedəcək

img

20-08-2013 [11:26]


Təhsil Nazirliyi bu il birinci sinfə gedəcək şagirdlərin sayını açıqlayıb. MİA-nın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2013-2014-cü tədris ilində ümumi təhsil məktəblərində I sinfə gedəcək şagirdlərin gözlənilən sayı 141 166 nəfərdir. Onlardan 74 998 nəfəri oğlan, 66 168 nəfəri qızdır.

2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərində I sinif şagirdlərinin faktiki sayı 135 541 nəfər olub (73 182 oğlan, 62 359 qız).

Xatırladaq ki, indiyədək 600 nəfərdən yuxarı uşaq vaxtından əvvəl birinci sinfə qəbul üçün müsahibədən keçirilib, onlardan təxminən 50 faizinin I sinfə qəbuluna razılıq verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA