Milli Şuradan daha bir vahid namizədlə bağlı QƏRAR

img

19-08-2013 [21:58]


Milli Şuranın gərgin keçən sessiyasında, nəhayət, qərar qəbul olunub. Jurnalistlərə açıqlamasında Eldar Namazov bildirib ki, bugünkü iclasda Milli Şuranın sədri Rüstəm İbrahimbəyovdan əlavə vahid ehtiyat namizədin seçilməsi ilə bağlı qərar qəbul olunub:

"Qərar səsevrmə əsasında keçirilib və 43 faiz səslə ehtiyat namizədin irəli sürülməsi müəyyənləşib".

Eldar Namazov həmçinin qeyd edib ki, həmin namizədin hələ ki, adı açıqlanmır: "Vahid ehtiyat namizəd də yaxın günlərdə müəyyən olunacaq".

Qeyd edək ki , Milli Şuranın gərgin sessiyası bu gün saat 15-00 dan başlamışdı. Milli Şura sədri Rüstəm İbrahimbəyov da telefonla müzakirələrə qoşulub və bildirib ki, Milli Şura nə qərar versə, ona hörmətlə yanaşacaq.

***

Müzakirələr zamanı Cəmil Həsənli və Mehman Əliyevin ehtiyat namizəd olması təklif edilib. Amma tərəfələr vahid ehtiyat namizəd olmağa razı olmayıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA