Milli Şurada qalmaqal: Əli Kərimli ilə İsa Qəmbər arasında gərginlik - Yenilənir

img

19-08-2013 [17:34]


Milli Şuranın sessiyasında qızğın müzakirələr gedir, ciddi fikir ayrılıqları yaranıb. AzNews.az-ın əldə etdiyi məlumata görə, Şura üzvləri ehtiyat namizəd məsələsində bir neçə cəbhəyə bölünüb. "EL” hərəkatının rəhbəri Eldar Namazov bildirib ki, partiyalar ayrı-ayrılıqda seçkiyə getsin, amma bununla bağlı Milli Şuranın qərarı ola bilməz.

AXCP sədri Əli Kərimli isə seçkiyə vahid namizədlə getməyin vacib olduğunu vurğulayıb. Bildirib ki, artıq vahid namizəd müəyyənləşib və hamı sona qədər onu müdafiə etməlidir. Əks dəqdirdə seçkiyə getməyin mənası yoxdur.

AXCP sədrinin bu baykot çağırışına Müsavat Partiyasının başqanı İsa Qəmbər tərəfindən sərt reaksiya gəlib. O, seçkilərdə iştirakın tərəfdarı olduğunu deyib. O, ötən təcrübəyə əsaslanaraq boykotun effekt vermədiyini, seçkilərdə iştirakın vacibliyini qeyd edib.

Müzakirələr davam edir. Əlavə məlumatlar veriləcək.

***

Milli Şuranın sessiyasına qurumun sədri Rüstəm İbrahimbəyov telefon vasitəsilə qatılıb və geniş çıxış edib. O deyib ki,qurum bu gün hansı qərarı qəbul etsə, onu dəstəkləyəcək.

İbrahimbəyovun çıxışının detallarını dəqiqləşdirməyə çalışırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA