İsa Qəmbərin otağında kritik toplantı

img

19-08-2013 [16:16]



Bu gün saat 14:00-də Müsavat Partiyasının qərargahında İsa Qəmbərin otağında Milli Şura üzvləri Eldar Namazov, İsgəndər Həmidov, Əli Kərimli, Mirmahmud Mirəlioğlu və qurumun bir neçə üzvünün iştirakı ilə qapalı toplantı başlayıb. Toplantının məqsədi bugünkü sessiyada Milli Şuranın ehtiyat vahid namizədi məsələsində vahid mövqedən çıxış etməkdir.

Bu məlumat Milli Şuranın sessiyasını izləmək üçün hazırda Müsavat qərargahında olan əməkdaşımıza müxalifətdəki mənbələrdən verilib. Mənbə virtualaz.org-a deyib ki, ötən sessiyada Müsavat və AXCP ehtiyat namizəd məsələsində razılaşsalar da ALP, ACP, KXCP və El hərəkatı buna qarşı çıxaraq yalnız Rüstəm İbrahimbəyovun namizəd olmasını istəmişdilər. Milli Şuranın saat 15:00-ə təyin olunan sessiyasının gec başlamasının səbəbi də məhz İsa Qəmbərin otağındakı bu təcili və planlaşdırılmamış görüşün uzanması olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA