Salyanda ara qarışa bilər, "bazarkom"un satıcıları bazardan çıxarması narazılığa səbəb olub

img

19-08-2013 [13:23]


Salyan rayonunda narazılıq yaranıb. Bu barədə mia-ya rayondan məlumat verilib. Məlumata görə, neçə gündür ki, rayon bazarının sahibi Hacı Qurban bazarda çalışanlara hər hansı bir izahat vermədən onları əraziyə buraxmır: "Neçə gündür ki, camaat çöldə qalıb, evini bir tikə çörək apara bilmir. Nə bazara buraxırlar, nə də başqa bir ərazidə yer ayırırlar ki, insanlar ticarətlərini eləsinlər. Deyilənə görə, bazarkom bazarın yerini satır, orda icra hakimiyyətinə bina tikiləcək. Ancaq camaat bununla razılaşmaq istəmir. Əgərə məsələyə əncam çəkilməsə, narazılar etiraz aksiyası keçirəcək". 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA