Ali məktəbə qəbul olan abituriyentlərin qeydiyyatı başlayır

img

19-08-2013 [11:48]



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini avqustun 17-də elan edib.

Ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 18-də «Abituriyent» jurnalının 6-cı sayında dərc olunub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bildirib ki, əyani və qiyabi təhsil forması olan ixtisaslara qəbul olmuş abituriyentlər təhsilalma formasını qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçərkən seçəcək.

Cari ildə ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olub.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, artıq tələbə adını qazanmış abituriyentlərin qəbul olduqları ali məktəblərdə qeydiyyatı başlayıb. Qeydiyyat avqustun 29-da yekunlaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA