18-08-2013 [16:23]
***
AXCP sədri Əli Kərimli çıxışı zamanı Milli Şuranın fəaliyyətinə toxunub: "Azərbaycanın bütün təbəqlərindən fəallar Milli Şuradan təmsil olunurlar. Çox şükür ki, biz Milli Şurada birləşmişik. Azərbycanın dünyada ən çox tanınmış ziyalısı Rüstəm İbrahimbəyovu vahid namizəd seçmişik. Bizim tələbimiz ölkədə azad və ədalətli seçkilərin keçirülməsidir. Azərbaycanda azad və ədalətli seçkilər keçirilsəydi, indiki hakimiyyət Azərbaycanda 60 min ailənin evini başına uçuracağını açıq-aşkar söyləməzdi”.
AXCP sədri bildirib ki, Azərbayanda hər şeyin saxtalığını yaşadan insanlar, siyasətçilər var: "Qazilərə, müharibə veteranlarına divan tutan, yaltaqlar sürüsünü çoxaldan bu hakimiyyət, xalqı sanki çarmıxa çəkir”.
***
Yenidən istefa sədaları meydanda yüksəlib...
***
Çıxışçı Əvəz Temirxan Azərbaycanın indiki vəziyyyətini Nelson Mandella ilə müqayisə edib. O "Nelson Mandella 27 il həbsdə qaldı, biz isə 20 ildir həbsdəyik" deyərək, qalib gələcəklərinə az qaldığını bəyan edib.
***
Aparıcı İbrahim İbrahimli elan etdi ki, Azneft dairəsində mitinqə gəlmək istəyən 500 nəfərə yaxın insanın qarşısını kəsib, meydana doğru buraxmırlar.
Aksiyaçılar bir neçə dəqiqə «İstefa» şüarları səsləndiriblər. İbrahim İbrahimli gənclərə xitabən deyib ki, «Sizi təxribata çəkmək istəyirlər, buna uymayın».
***
Sonrakı çıxışçı Turqut Qəmbər deyib ki, 7 "Nidaçı"nı tutmaqla hakimiyyət təşkilatı məhv etmək istəsə də, amma o həbslərdən sonra "Nida" daha da güclənib, ümumən gənclər hərəkatına çevrildi.
***
Daha sonra çıış edən Mirmahmud Mirəlioğlu deyib: "Biz istəyirik ki, qadınlarımız xanım-xatın kimi, kişilərimiz bəy kimi yaşasın! Hakimiyyət bunu istəmir". KXCP sədri də hakimiyyətin "fəaliyyəti"ndən bəhs edib: «Bu gün ədalətsizlər hakimiyyətdədir. İstəyirik ki, Azərbaycan azad olsun. Azərbaycan polisi şərəfli olsun, əsgərimizi görəndə, başımızı dik tutaq. Hakimiyyətə qarşı apardığımız mübarizədə ona oxşamayaq. 20 ildən sonra bura - "20-ci sahə"yə gələ bildik. Biz bunu 20 ilə bacardıq. Bunun qədrini bilməliyik. Hakmiyyətin mayası haramla yoğurulub. Yalançı, saxta işlər görən Səfər Əbiyevlə işlər görəcəyik? Biz istəyirik ki, yollarımız doğru-düzgün olsun. Bunu Ziya Məmmədovlamı edəcəyik? Təhsilimiz yaxşı olsun istəyirik. Bunu Misir Mərdanova rəhmət oxutduran qoruq qarovulçusu iləmi edəcəyik? Biz Ramil Usubovlamı haqqı-ədaləti, doğruluğu təmin edəcəyik? Biz bunlara "yox” deməliyik. Biz Rüstəm İbrahimbəyovu seçmişiksə, onun qərarlarına da hörmət etməliyik".
Onun çıxışından sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təşkilatçılara yaxınlaşaraq, çıxışlarda konkret adlar çəkməməyi istədi. Təşkilatçılar isə bu qanunsuz tələbə etriazını bildirdi
***
Növbəti çıxışçı olan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı hazırda həbsdə saxlanan gənc fəalların adlarını sadalayaraq onları salamladı və "onlar da bu gün burda olmalıydı" deyə bildirdi. Bu arada meydanda işıqlar söndürülüb. Bu isə daha ucadan istefa sədalarına səbəb olub.
***
Daha sonra ACP sədri Sülhəddin Əkbərə söz verildi. Sülhəddin Əkbər dedi ki, ölkənin azadlıq və demokratiyaya qovuşması üçün xalqın birliyi lazımdır. Bu baxımdan demokratik qüvvələrin demək olar ki, tam şəkildə Milli Şurada birləşməsi mühüm hadisədir. O, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovu tezliklə vətəndə qarşılayacaqlarına və onun seçkidə iştirak edəcəyinə inandıqlarını qeyd etdi. Bildirdi ki, əgər MŞ-nın vahid namizədi seçkidə iştirak etməyəcəksə, deməli, seçki olmayacaq.
***
Meydani istefa şüarları bürüyüb...
***
Sonrakı çıxışçı El hərəkatının sədri Eldar Namazov oldu. Eldar Namazov bəyan etdi ki, bütün hallarda Milli Şura qorunub-saxlanacaq, demokratik qüvvələr seçkiyə birgə gedəcək.Eldar Namazov qeyd etdi ki, sabah tarixi iclas keçiriləcək: "Əmin olun ki, hansı variant seçilir seçilsin, nəticə məqbul olacaq. Bir neçə variant olsa da biz bir olacağıq. Milli Şura haqqında təxribatlar davam edir. ANS TV-də belə bir yalan məlumat yayılıb ki, guya İbrahimbəyov Milli Şuradan narazıdır. Mən dünən Rüstəm İbrahimbəyovla əlaqə saxladım. O, özü həmin jurnalistlərə bildirdi ki, yayılan bu xəbərlər şayiədir. Milli Şura haqqında yalan məlumatlar yaymağa çalışırlar. Mitinqə gəlmək istəyən onlarla dostlarımız həbs olunub. Burada olduğunuz üçün hamınıza təşəkkür edirəm”.
***
İsa Qəmbər çıxış edərək, ilk sözündə "bu avqustun istisində mitinqin alınmayacağını deyənlır yanıldılar" deyib. O, bildirib: "Mitinq güclü alınmayacağını deyənlər yanıldılar. Onlar nəzərə almadılar ki, ən güclü mitinqlər avqustda olub. Məsələn, 1989-cu ildə mitinqlər avqustda başladı və Azərbaycan xalqı ilin xalqı elan olundu. Avqustda başlanan seçki hərəkatı da qələbə ilə bitəcək”.
İsa Qəmbər MŞ-nın vahid namizədi Rüstəm İbrahimbəyovun namizədlik probleminin həll olunamsını son ana qədər gözləyəcəklərini qeyd etdi. O, bildirdi ki, MŞ-nın vahid namizədinin seçkilərə qatılmasına süni əngəllər yaradılır: "Heç kim ruhdan düşməsin. Biz qalib gələcəyik. Xalq Əliyevlər ailəsinin 40 illik hakimiyyətindən bezib. Xalq dəyişiklik istəyir”.«Bu meydanda ayrı-ayrı adları çağırmağa ehtiyac yoxdur. Əgər ada ehtiyac varsa, biz burda yalnız Rüstəm İbrahimbəyovun adını çəkməliyik».
Bunu mitinqdəki çıxışında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib. O deyib ki, Milli Şuranın vahid namizədinin qeydə alınmasında süni əngəllər var:
«Ancaq biz bu əngəlləri aşmaq əzmindəyik. Mübarizə meydanını Əliyevlər ailəsinə boş buraxmayacağıq. Bu meydan bizim meydanımızdır. Azərbaycan xalqı Əliyevlər ailəsinin bütün xalqı öz şəxsi mülkiyyətinə çevirməsindən bezib».
İsa Qəmbər daha sonra deyib:
«Yeni namizəd müəyyənləşsə, seçkiyə onunla gedəcəyik. Bu, alınmasa, Rüstəm İbrahimbəyovun özünün də məsləhət gördüyü kimi, müxalif düşərgədən bir neçə namizəd olacaq və namizədlər bir-biri ilə əməkdaşlıq şəraitində prosesə qoşulacaqlar. Sonda əsas namizəd, xalqın əsas namizədi Milli Şuranın namizədi müəyyənləşəcək».
***
AXCP funksioneri Natiq Ədilovun məlumatına görə mitinqdə 20 mindən çox fəal iştirak edir
****
Daha sonra çıxış üçün ilk söz Eldəniz Quliyevə verilib. O, Milli Şura sədri Rüstəm İbrahimbəyovun mitinq iştirakçılarına müraciətini səsləndirdi.Müraciətdə deyilir ki, hakimiyyət demokratik dəyişiklik istəyən mütərəqqi insanlara əsassız ittihamlar irəli sürür, onları şərləyib həbs edir, dövlət çevrilişində günahlandırır:
«Yalan böhtan şərə qarşı monolit birliyimiz ilə cavab verməyin vaxtı deyil mi? Demokratiya uğrunda mübarizə xalqın mübarizəsidir, mən bu yolda sizinləyəm. Qələbəyə qədər də sizinlə olacağam. Yaşasın demokratik Azərbaycan! yaşasın azad gələcək!».
Bundan sonra «dəstək milli şuraya» şüarı səslənib.
***
İbrahim İbrahimli aparıcı kimi alovlu çıxış edir. O, çıxışında Milli Şuranın yaradılmasını görünməmiş tarixi hadisə adlandırıb.
***
Milli Şura üzvlərindən AXCP sədri Əli Kərimli, KXCP sədri Mirmahmud Mirəloğlu, ACP sədri Sülhəddin Əkbər, El hərəkatının sədri Eldar Namazov artıq meydana daxil olub. Əli Kərimli jurnalistlərə qısa açıqlamasında aksiyanın məqsədi barədə danışaraq deyib ki, bu, plkə vətəndaşlarının Milli Şuraya dəstəyini və hakimiyyətin siyasətinə etirazını nümayiş etdirir.
Bu dəqiqlərədə Milli Şuranın icazəli mitinqi başlayıb. Milli Şura dəstəkçiləri meydana toplaşıb. Müxtəlif musiqi sədaları ilə şüarlar səsləndirən Milli Şuraya daxil olan partiyaların fəallarının meydana daxil olması mitinq iştirakçılarını daha da coşqulandırıb.
17.15.Mitinqin keçirildiyi meydanda Azərbaycan, Xalq Cəbhəsi, Müsavat partiyalarının bayraqları dalğalanır. «Biz azad seçki istəyirik», «Siyasi məhbuslara azadlıq» şüarları qaldırılıb. Milli Şuranın ilk mitinqi başlayıb. Hələ çıxışlar başlamayıb. İnsanlar meydana toplaşmaqda davam edir.
17.05. Mitinq başlayıb. Polisin şəhid ailələrini uzaqlaşdırmaq cəhdi əks-effekt verib. Bir neşə şəhid atası əllərində şəhid övladlarının plakatı ilə jurnalistlərə dərdini deyir.
16.55. Polis AXCP üzvlərinin əllərində hakimiyyət əleyhinə olan şüar olan plakatları zorla aldı. Polisin xeyli şüarı cırılması növbəti qarşıdurma yaratdı. Bütün bunlarda S.Bağırovun göstərişi ilə həyata keçirildi.
16.42. Meydanda olan şəhid ailələri polis gücü ilə 20-ci sahədən çıxarılır. Şəhid anaları dirənş göstərir. Şəhid analarından birinin polis basqısına dayana bilməyib urəyi gedib. Onların zorla meyandan çıxarılması Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun göstərişi ilə baş tutub. Polis bu hərəkəti onların mitinqin məramının əksinə şüar səsləndirməsi ilə əlaqələndirib...
***
Saat 16:20. Mitinqə övladları hərbi xidmət zamanı ölən valideynlər də gəlib. Onlar əllərində övladlarının portretlərini tutub. Polis onları zorakılıqla ərazidən uzaqlaşdırmaq istəyir.
***
Bundan başqa, 18 yaşdan aşağə şəxslərin mitinqə qatılmasına imkan verilmir və bunu bəhanə edərək gənc aksiyaçılardan şəxsiyyət vəsiqəsi tələb olunur.
***
Bu gün saat 17:00-da Bakının 20-ci Sahə adlanan ərazisində, sürücülük məktəbinin meydanında Milli Şuranın mitinqi başlayacaq. Artıq insanlar kiçik dəstələrlə meydana gəlməkdədir.
Ərazidə Yol Patrul Xidmətinin əməkdaşları da var. Onlar mitinqə gələn maşınların nömrələrini hansısa məqsədlə qeydə alırlar. Ehtimal olunur ki, bu, sonradan həmin avtomobillərin xüsusi nəzarətə götrülməsi üçündür(azadliq.info).
Xatırladaq ki, Milli Şuranın «20-ci sahə»də keçirəcəyi mitinqi İbrahim İbrahimli aparacaq. Aksiyada 10 nəfər çıxış edəcək. Mitinqin əsas şüarı «Azad seçki»dir. Bu haqda mitinq komitəsinin sədri, AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
***
«Mitinqqabağı saxlanan müxalifətçilərin sayı 11-ə çatıb». Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Asəf Quliyev deyib.
«11 nəfərdən 4-ü barəsində 5- 15 sutka inzibati həbs qərarı verilib. 5 nəfər isə xəbərdarlıqdan sonra buraxılıb».
***
Avqustun 18-də Bakıya müxalifətin mitinqində iştirak etmək üçün gələn AXCP Şəki şöbəsinin 15 fəalı yerli polis şöbəsinə aparılıb.
Bu haqda AzadlıqRadiosuna AXCP Şəki şöbəsinin sədri Əli Abdullayev məlumat verib:
«Ford markalı avtobusun sürücüsü ilə danışmışdıq. Şəkidən çıxmamış polis qaz idarəsinin yanında bizi saxladı. Sürücünü, məni və məclis sədri Rauf Abdurrəhmanlını polisə apardılar. Adımızı-soyadımızı, ünvanlarımızı götürəndən sonra buraxdılar. Sürücünü isə saxladılar. Başqa maşınla gəlmək istəyəndə, polis yenə bizə imkan vermirdi, izləyirdilər. Təxminən 4 maşın dəyişəndən sonra Bakıya gəlirik, digərlərinə isə mane olduqları üçün gələ bilmədilər».
Şəki rayon Polis İdarəsindən heç kimi saxlamadıqlarını, məlumatın yalan olduğunu bildirdilər.
AXCP sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna bildirib ki, avqustun 18-də partiyanın Yevlax rayon təşkilatının fəallarından olan Rövşən Hüseynovla Bakıya gələn qrupu da polis saxlayıb. Onların hamısı yerli polis idarəsinə aparılıb.
Yevlax rayon Polis İdarəsindən isə heç kimi saxlamadıqlarını bildirdilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi