18-08-2013 [14:13]
Tanınmış ictimai tədqiqatçı, prezidentliyə namizəd, İlqar Altay Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfəri barədə MIA-ya öz fikirlərini bildirib.
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfəriin mahiyyətində kifayər qədər ciddi maraq və məna durub. Bir coxları bu səfəri konkret strateji nəticələr əldə olunmaması baxımından əhəmiyyətsiz hesab edir. Bununla heç də razilaşmaq olmaz. Çünki Rusiya kimi böyük, fövqəlgüc sayılan dövlətlərin başçılarınının hər hansı ölkəyə səfər edərək, hətta sadəcə salam vermə adı ilə görüşüb getməsinin böyük və ciddi mənası olmamış olmaz. Xüsusilə də, həmin ölkədəki vacib prezident seçkiləri ərəfəsı. Təsəvvür edin ki, bir tərəfdən Moskva ilə Azərbaycan iqtidarı arasında xeyli müddətdir ki, şimal küləyi sərtliyində soyuqlaşma davam edir. Bilmək olmur, şimal qonşudan daha hansı təzyiq və təxribatlar gələ bilər. Digər tərəfdən, ən geniş müxalifət birliyi olan Milli Şuranın prezidentliyə vahid namizədinin seçkilərdə iştirakı da Moskvadan asılı vəziyyətə düşüb. Müxalifət lideri R. İbrahimbəyov buna görə Moskvada oturub təcili Rusiya vətəndaşlığından çıxmaq və bununla ikili vətəndaşlıqdan qurtulub seçkilərə buraxılmaq üçün Rusiya prezidentinin qərarını gözləyir.
Beləliklə, ölkədəki görünməmiş gərgin siyasi situasiyanın taleyinin Putinin əlinə düşdüyü və bütün siyasi hakimiyyət iddialı qüvvələrin gözünün Moskvaya dikildiyi üzüntülü bir zamanda gözlənilmədən Rusiya prezidenti Bakıya gəlir. Mövcud iqtidar rəhbəri, prezident İlham Əliyevlə görüşür, açiq və qapalı danışıqlar aparır, razılaşmalar əldə edilir. Həmişə olduğu kimi müxalifətlə heç salamlaşmır da... Təbii ki, etiraf etmək lazımdır ki, hər şeydən başqa bu, İlham Əliyevə birbaşa siyasi dəstəyin ifadəsi idi.”
Rusiya prezidentinin gəlişinin Azərbaycanın Avrasiya İttifaqı və Gömrük birliyinə cəlb olunması ilə nəticələnməməsini Putinin əliboş qayıtması kimi izah edilməsi ilə də razılaşmaq olmaz: "Müasir dövrdə adətən əsl danışıq və razılaşmalar prezidentlərin səfərindən xeyli əvvəl diplomatik kanallar vasitəsilə baş verir. Dövlət başçıları adətən hazir razılaşma və müqavilələrə qol çəkməyə gəlir. Daha, görüşüb sonra müzakirələrə vaxt aparmırlar. Azərbaycan rəhbərliyi artıq neçə ildir ki, Rusiya ilə münasibətlərə xüsusi qayğı ilə yanaşsa da, Putinin Avrasiya İttifaqı və Gömrük Birliyi proyektini qəbul etmir. Çünki bu, ölkənin rəsmi və faktiki suverenliyin itirilməsi deməkdir. Putin də təbii ki, səfərdən əvvəl belə bir razılaşmanın baş tutmayacağını gözəl bilirdi. Amma bununla belə gəldi. Demək, Bakıda heç də daha az qarşılıqlı sərfəli olmayan maraqlarda uzlaşmalar olub və mühüm razılaşmalar əldə edilib. Bunlar nədən ibarətdir, o barədə düşünmək lazımdır. Yoxsa, niyə gəlirdi Putin Bakıya, bakılıların Bakıdan qaçdığı ən isti havasız, qaynar yay sezonunda?”
Putinin gəlişi həm də Azərbaycan müxalifətinin Milli Şura kimi vacib, ümidverici bir proyektinin iflasında da Moskvanşn əli olduğunu vurğuladı. Hələ, mart ayının əvvəlində Rusiya-Azərbaycan münasibətlərinin gərgin sayıldığı dövrdə bir sıra sayt və qəzetlərə bildirdim ki, bunlar hamısı razılaşdırılmış, Azərbaycanda seçkilərə hesblanmış bahalı proyektdir (http://www.mia.az/w40462/share/). Bildirdim ki, Azərbaycan və Rusiya arasında münasibətlər seçki öncəsi və sonrası birdən-birə istiləşəcək, bunlar hamısı bir oyundur. Bu gün aydın olur ki, bu oyuna bilərək, ya bilməyərəkdən Milli Şurani da, samballı müxalifət partiya və liderlərini də, onlara ümid bəsləyən xalqın böyük narazı elektorat qismini də qatıblarmış. İş elə ustalıqla qurulub ki, ənənəvi antirusiya milli azadlıq qüvvələri də daxil olmaqla Azərbaycan maxalifətinin indiyəcən görünməmış geniş birliyinin taleyi onun lideri Rüstəm İbrahimbəyovun pasportu vasitəsilə Putinin əlinə düşüb.
Jurnalist Eynulla Fətullayev yazır ki, Azərbaycana qarşı "Milyarderlər İttifaqı” yaranışı və bu kimi digər təzyiq aksiyalarınin başında Rusiya Prezidenti Adminstrasiyasından Volodin durub, Putin bunları sonradan bilib qarşısını alıb. Razılaşmaq olar, ancaq qismən. Mən düşünürəm ki, Putin bütün bunları öncədən bilib, cənab Volodinə də tapşırığı o verib, bunlar xüsusi xidmət orqanları mərkəzində planlaşdırılıb. Məqsəd, Moskvanın bu seçki ilində qəti olaraq İlham Əliyevə qarşı olması barədə real görüntü yaratmaq və onun iddialı opponentlərini, real, samballı siyasi müxalif qüvvələri qeyri-siyasi, yaradıcı, səmimi bir şəxsiyyət, Rüstəm İbrahimbəyov ətrafında birləşdirib, şirnikləndirib Moskvaya meylləndirmək olub. Yəni, Rüstəm müəllim özü də bilmədən bu oyunun içinə düşüb. Moskvada isə Azərbaycan narazı elektoratının 2013-cü prezident seçkisi ümidi ilə dolu taleyini öncədən qurulmuş tələ gözləyib. Bu tələnin adı Milli Şuranın sədri və vahid namizədi hörmətli, dünya şöhrətli rejissor Rüstəm İbrahimbəyovun Rusiya pasportu olub, onun ikili vətəndaşlıq problemi fonunda.
Əməliyyatda Milli Şuranın təsisçi və liderlərinə təsir vasitəsi kimi müxtəlif imkanlardan, hətta Rusiyanın xarici ölkələrdəki səfirlərindən də istifadə olunub. Məsələn, Rusiyanın ABŞ-dakı səfirinin həvəsləndirici manevri olmasaydı Milli Şura liderlərindən olan, təcrübəli, indiyəcən ehtiyatsız səhvlərinə görə min bir əziyyətlər görmüş sabiq spiker Rəsul Quliyev heç vaxt ABŞ da oturub Rusiya Xarici İşlər Nazirinə belə bir, Azərbaycanı və onun müxalifətini aşağılayıcı, Rusiyanı üstələyici məktubu yazmazdı. Və təsadüfi deyil ki, Rusiya prezidenti Bakıya səfəri ərəfəsində Azərbaycan iqtidarına hədiyyə olaraq həmin ifşaedici məktubu ictimailəşdirdi. Güman ki, bir sıra digər müxalifət liderlərinin də bu ərəfədə Moskva tərəfindən saqqızı oğurlanmamış olmayıb, onlar tərəfindən kompramat xarakterli səhvlər buraxılmamış olmayıb. Və cox yəqin ki, Rusiya regional geosiyasi əhəmiyyətli oyunda ənənəvi həmkarı olan İran tərəfdən də istifadə etməmiş olmayıb. Bu proseslər ayrıca, sərbəst və dolğun bir tədqiqat-arasşdırma obyektidir.”
Zaman göstərəcək ki, müxalifətin bu ilki iflası hansı böyük, siyasi texnoloji proqramlı oyunun təsahürü imiş. Və burada qeyd etməliyik ki, müxalifətin bu iflasinda onu sadəlöhvlükdən savayı insafən, hansısa milli mənafeyə satqınlıq və sair kimi ağır ittihamlarla qınağa çəkmək olmaz. Burada əsas səbəb iqtidarın əsas opponentlərinin bu illərdə daxili və xarici təsir- təzyiqilərdən sarsıntı keçirməsi, hər hansı xarici güclü istinad nöqtəsi axtarışında olmaq qədər zəifləməsidir. İkinci əsas, güclü səbəb həm də yenicə müstəqillik tapmış, bu başıbəlalı kiçik Azərbaycandakı siyasi proseslərin gedişinin xarici fövqəlqüvvələrin təsirindən asılı olmasını hamının, həm müxalifətin, həm iqtidarin yəqin etməsidir. Ənənəvi olaraq siyasi hakimiyyətə gəlmək ümidinin xaricdə axtarılmasıdır, reallığın bunu tələb etməsi, buna olan məcburiyyətimizdir.
Moskva əməliyyatının ziyanlı nəticələrini sıralayaq: Milli Şuranın daxilində vahid namizəd məsələsinin uzanması ilə bağlı yersiz çəkişmələr və seçkiyə hazırlıqla bağlı qızıl vaxt və həvəs itkisi. Müxalifətin birləşə, onun hakimiyyət təşkil edib dövlət idarə edə bilməsinə uyğun formalaşa bilməməsi barədə düşüncələrdə fikrin daha da bərkiməsi və inamsızlıq. Siyasi müxalifətin, onun sıravi üzvlərinin, ona inanib ümid bəsləyən geniş narazı elektoratın, ümidli insanların keçirtdiyi növbəti ağır sarsıntı. Və nəhayət, Putinin növbəti dəfə aranı qarışdırıb, vəziyyətdən sui-istifadə edib, iqtidar-müxalifət qarışıq hamının-xalqın, yəni bütün ölkənin ziyanı hesabına daha böyük bir güzəşt-dividentle(çox yəqin ki!) qayitması.
Düşünürsən ki, düşmənçilik həddinə yetmiş, amansız daxili iqtidar-müxalifət və müxalifət-müxalifət çəkişmələri, ölkənin, milli mənafeynin unudulması qədər ehtirasa qapılma və dövlətçiliyə etinasızlıq səviyyəsində biganəlik fonunda Putin yaxşı ki, bütün Azərbaycanla qayıtmayıb, müstəqilliyimiz qalıb. Dialoqsuz, anlaşmasız, qarşılıqlı hörmətsiz aparıcı siyasi mühiti olan bir ölkə və cəmiyyət üçün buna da
şükür. Belə olmaz! Bizim Azerbaycana ümummilli maraqlar, xarici fövqəlgüclərə müqavimət məsələsində iqtidar-maxalifət-vətəndaş cəmiyyəti həmrəyliyi qaçılmazdır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi