Ali məktəblərə yerləşdirmənin nəticələri açıqlandı

img

17-08-2013 [18:52]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

MİA-nın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, abituriyentlər yerləşdirmənin nəticələri barədə məlumatı komissiyanın internet saytından, eləcə də mobil telefonla öyrənə biləcəklər. Bunun üçün abituriyentlərin öz iş nömrələrini (bütün mobil operatorlardan) 7727 nömrəsinə göndərmələri kifayətdir.

Bu il ayrılmış 36537 plan yerinə 33745 abituriyent qəbul olub. Qəbul olanların siyahısı avqustun 18-də "Abituriyent” jurnalının 6-cı sayında dərc ediləcək. Boş qalan yerlərinin siyahısı isə jurnalın 7-ci sayında dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 18-dən 22-dək internet vasitəsilə aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA