İlham Əliyev Balakənə gedib

img

17-08-2013 [12:29]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Balakən rayonuna səfərə gəlib. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolağı salınıb.

Ümumi sahəsi 22 hektar olan bu park indi Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA