Prezident Administrasiyasının əməkdaşı Lavrovun adını səhv dedi, işdən qovuldu

img

17-08-2013 [00:56]


Avqustun 13-də Bakıda Rusiya və Azərbaycan prezidentlərinin iştirakı ilə dövlətlərarası sənədlərin imzalanması mərasimi zamanı qeyri-adi və xoşagəlməz hadisə baş verib. 

Bu hadisə Azərbaycan Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşının günahı ucbatından yaşanıb.

Belə ki, Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşı dövlətlərarası sənədləri imzalayan rəsmi şəxslərin adlarını elan edərkən çaşıb. Nəticədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun adını düzgün tələffüz etməyib. Bu çaşqınlıq nəticəsində Sergey Lavrovun adı Azərbaycan dilində senzuradakənar şəkildə, təhqiramiz formada səslənib. Çox maraqlıdır ki, həmin mərasim zamanı çəkilmiş videoçarx YouTube saytına Rusiya jurnalistləri tərəfindən yerləşdirilib.

Virtualaz.org saytının müxbiri hakimiyyətə yaxın mənbələrdən bu olayla bağlı maraqlı bir məlumat əldə edib. Həmin məlumatda deyilir ki, Prezident Administrasiyası protokol şöbəsinin əməkdaşı buraxdığı bu kobud səhvə görə bu gün işdən azad edilib. Amma müxbirimizin işdən qovulan həmin şəxsin adını öyrənmək cəhdləri nəticəsiz qalıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA