Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavininin arvadının qatili həbs olundu

img

16-08-2013 [17:14]


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, "Ülfət” qəzetinin baş redaktoru Aqil Dadaşovun həyat yoldaşı, 1955-ci il təvəllüdlü Elmira Dadaşovanın qətlə yetirilməsi ilə bağlı 3 nəfər saxlanılıb.

Bu barədə AzNews.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Məlumatda bildirilir ki, həbs edilən 3 nəfərdən biri cinayəti törətdiyini etiraf edib və bu işi tək həyata keçirdiyini bildirib.

Abşeron rayon Polis İdarəsindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, baş verən cinayət hadisəsi ilə bağlı artıq bir nəfər həbs edilib. Polisdən onu da bildiriblər ki, saxlanılan Əliyaqub adlı şəxs cinayəti pul üstündə törətdiyini bildirib. İlkin ifadəsində deyib ki, ev sahibindən pul istəyib, o imtina etdikdə isə onu qətlə yetirib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA