Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir

img

16-08-2013 [16:09]


Azərbaycan Respublikasının Baş Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edir. MİA-nın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqə elan olunub.

Sənədlər Baş Prokurorluğun qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) sentyabrın 2-dən oktyabrın 31-nə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA