General Mədət Quliyev kadr dəyişikliyi etdi

img

16-08-2013 [13:17]


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kadr dəyişikliyi olub. 

APA-nın məlumatına görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi vəzifəsi polkovnik Rafiq Ramazanova həvalə olunub. M. Quliyevin digər əmri ilə R. Ramazanovun bundan əvvəl rəis olduğu Qeydiyyat İdarəsinin rəisi vəzifəsi isə Rəhim Şeyxəliyevə həvalə olunub.


Qeyd edək ki, Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi Azər Seydiov bir müddət əvvəl Bakı İstintaq Təcridxanasına (BİT) rəis təyin edilib. BİT-nin keçmiş rəisi Elxan Sadıqov isə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA