Milli Şura mitinqə görə toplandı

img

16-08-2013 [10:36]


Avqustun 15-də Milli Şuranın Mitinq Komitəsinin genişləndirilmiş toplantısı keçirilib. Məlumata görə, toplantı Milli Şuraya daxil olan siyasi qüvvələrin - AXCP, ACP, "EL” Hərəkatının, ALP, KXCP və Müsavat Partiyasının Bakı şəhəri və Abşeron rayonu uzrə yerli təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilib.

Demokratik qüvvələrin 100-dən artıq fəalının qatıldığı iclasda təşkilatın 18 avqust mitinqinə hazırlıq səviyyəsi müzakirə olunub. Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov, Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev təşkilatın mitinqlə bağlı qərarlarının mahiyyəti və mitinqə hazırlığın gedişiylə bağlı çıxış edərək, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA