Çöhrəqanlı və oğlu Azərbaycan hava limanında saxlanıldı

img

15-08-2013 [21:52]


7 illik fasilədən sonra bu gün Amerikadan Azərbaycana gələn Güney Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olan Mahmudəli Çöhrəqanlı və oğlu Alparslan Çöhrəqanlı artıq Bakıdadır. 

Lakin onların Azərbaycana buraxılması üçün viza verilməsi prosesi ləngiyir.

A.Çöhrəqanlının AzNews.az-a verdiyi məlumata görə, doktor Çöhrəqanlı və o, hazırda hava limanında gözləyirlər: "Belə hiss olunur ki, bizə viza vermək istəmirlər və geri qaytarmağa çalışırlar. Lakin hələlik konkret heç nə deyilməyib. Gözləyirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA