Gəncədə şəhid ailəsi olan 2 qardaşı döyüblər - qalmaqal

img

15-08-2013 [21:43]


Gəncə şəhər Hizami rayon Polis Şöbəsində 2 qardaş - Mikayıl və Rövşən Şahnəzərovlar qəddarlıqla döyülüb. 

Mia.az xəbər verir ki, bu barədə "Azadlıq"a onların anası Fatma Şahnəzərova məlumat verib. Onun sözlərinə görə, polislər əvvəlcə Mikayıl Şahnazərovu saxlayıb. "Mən, atası və digər oğlu Rövşən şöbəyə getdik ki, görək nə olub. Hövbətçi hissənin qarşısında Mikayılı al-qan içində gördük. Polislərdən oğlumun niyə döyüldüyünü soruşmaq istədim. Məni itələdilər yerə yıxıldım". Anasının yerə yıxıldığını görən, Rövşən Şahnəzərov polislərin kobudluğuna etiraz edib. Fatma Şahnəzərovanın sözlərinə görə, polislər Rövşəni də qəddarlıqla döyüblər: "Bundan sonra biz dedik ki, Daxili İşlər Hazirliyinə, şəxsən nazir Ramil Usubova müraciət edəcəyik. Biz şəhid ailəsiyik. Şəhid ailəsilə belə rəftar edərlər? Gördülər ki, biz şikayət edəcəyik, oğlanlarıma şər atdılar. Guya onlar polis şöbəsinə hücum çəkib, polisləri bıçaqlamaq istəyiblər. Hər iki oğlumu həbs ediblər". Şikayətçi bildirib ki, oğlanları barədə 2 aylıq həbs-qətimkan tədbiri seçilib: "Mən qəzetinin vasitəsilə prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edirəm. Şəhid ailəsinə qarşı bu haqsızlığa son qoysunlar. Həmçinin İşgəncələr Komitəsinə müraciət edirəm ki, gəlib oğlanlarımın nə halda olduğunu görsünlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA