Haci İbrahim Nehrəmli: “Mənə dələduz deyəni....”

img

15-08-2013 [17:20]


 "Mən Hacı İbrahiməm, kiminsə evini əlindən almaq mənə yaraşmaz. Elşad Məmmədov "maşennikdir”. O yalandan gedib, orada-burda hay küy salır. Mənə külli miqdarda borcu olub. Bizim inşaatda müəyyən işlər görməli idi. Bunun əvəzində isə ev vermişdik. Heç bir iş görmədi və aradan qaçdı. İndi tapıb gətimişik. Onun mənə hələ borcu da var. Bötan danışmaqla deyil”. 

Mia.az xəbər verir ki, bu sözləri bizimyol.info-ya açıqlamasında vətəndaş Elşad Məmmədov adlı şəxsin 355 min manatlıq evini əlindən almaqda günahlandırılan iş adamı Hacı İbrahim Nehrəmli söyləyib. İş adamının sözlərinə görə,onu dələduzluqda ittiham edən adamın özü dələduzdur: "Mən onu bu ittihamına görə, məhkəməyə verəcəm. Hacı İbrahimə görün, kim dələduz deyir. Mənə dələduz deyən bu sözlərinə görə məhkəmədə cavab verəcəck. Bu adam özünün Qarabağ köçkünü olduğunu deyir. Köçkünləri adından danışır. Köçkün olan adam sələmə pul verər? Bu adam yalançıdır, saxtakardır. Mənə külli miqdarda zərər vurub. Öhdəliyi olub ki, aldığı evin müqabilində inşaatda şüşələmə işlərini görəcək. Amma bunu etməyib”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA