Mikayıl Cabbarov daha bir institut direktorunu "vurdu" - yenilənib

img

15-08-2013 [16:20]


Yeni təhsil naziri Mikayıl Cabbarov daha bir institut direktorunu işdən çıxarıb.

Mia.az Bizimxeber.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Məlumata görə, Mehrabovun işdən çıxarılmasında müxtəlif səbəblər göstərilir. Məlumatı verən mənbə bildirir ki, bu barədə hələ rəsmi informasiya verilməyib.

***

"Səhhətimlə bağlı işdən çıxmaq qərarına gəlmişəm”. Bunu Lent.az-a açıqlamasında Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov bildirib. Onun sözlərinə görə, bununla bağlı artıq Təhsil Nazirliyinə ərizə ilə müraciət də edib: "Hələlik nazirlikdən cavab verilməyib”. İnstitut direktoru onu da bildirib ki, hazırda vəzifəsini icra edir.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA