Rusiya Xəzərdə hərbi təlimlərə başlayıb

img

15-08-2013 [14:17]


Xəzər dənizində Rusiyanın Xəzər Donanması gəmilərinin təlimləri başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, təlimlər vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçiriləcək. Təlimlərdə 10-dək döyüş və təchizat gəmisi, "Bal” sahil raket divizion kompleksi, 50-dən artıq döyüş texnikası və 1300-dən artıq heyət iştirak edir.

Məlumatda bildirlir ki, təlimlərinin birinci mərhələsində sahil obyektlərinə raket zərbələri olacaq. "Tatarıstan”, "Dağıstan” raket gəmiləri, "Borovsk” və "Budenovsk”raket katerləri, həmçinin "Bal” sahil raket divizion kompleksi iştirak edəcək. Onlar Xəzər dənizinin ada rayonlarında qeyri-qanuni silahlı birləşmələrinin mühasirə alması və məhv etməsi üzrə təlimləri yerinə yetirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA