33 yaşlı soydaşımız Gürcüstanda icra başçısının müavini təyin edildi

img

15-08-2013 [13:17]


 
33 yaşlı Tiflis şəhər sakini, milliyyətcə azərbaycanlı Ramin İsmayılov Marneuli Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

APA-nın məlumatına görə, yeni vəzifəyə təyin olunmamışdan əvvəl R. İsmayılov Marneuli Rayon Polis İdarəsi rəisinin müavini vəzifəsində işləyib. O, 1998-2002-ci illərdə Gürcüstan Polis Akademiyasını bitirib.

R.İsmayılov 2002-ci ilin sentyabr ayından 2013-cü ilin avqust ayınadək Gürcüstan daxili işlər orqanlarında çalışıb. Ailəlidir, bir övladı var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA