İlham Əliyev Oğuz və Şəkiyə səfər edib

img

14-08-2013 [22:36]




Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Oğuz rayonuna səfərə gəlib. Mia.az AzərTAc-a istinadən bildirir ki, dövlət başçısı Oğuz şəhərinin mərkəzindəki Heydər Əliyev parkında mərhum dövlət başçısınınabidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov Heydər Əliyev parkında aparılan quruculuq və abadlıq işləri barədə dövlət başçısına məlumat verib.

***

Ölkə başçısı daha sonra Şəkiyə səfər edib. Dövlət başçısı Heydər Əliyevin Şəki şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Prezident İlham Əliyevə mərhum prezident Heydər Əliyevin abidəsinin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, son dövrlərdə bu ərazidə abadlıq işləri aparılıb, yaşıllıq zolağı daha da genişləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA