Rüstəm İbrahimbəyov Milli Şuradan iki gün vaxt istədi

img

14-08-2013 [16:53]


Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun namizədlik sənədlər bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunacaq. Bu barədə Modern.az-aaçıqlamasında Milli Şura üzvü Eldəniz Quliyev bildirib.

Onun sözlərinə görə, R.İbrahimbəyovun seçki sənədləri yaxın saatlarda MSK-ya göndəriləcək.

"Sənədlər demək olar ki, tam hazırdır. Yaxın saatlarda MSK-ya təqdim edəcəyik”-deyə MŞ üzvü qeyd edib.

E.Quliyev daha sonra İbrahimbəyovun pasport məsələsindən söz açıb. Bildirib ki, Milli Şura sədrinin Rusiya vətəndaşlığından çıxıb-çıxmaması sabah, yaxud da birisi gün dəqiq bilinəcək.

"Məndə olan ən son məlumata görə, bu proses həll olunmaq üzrədir. Ya sabah, ya da birisi gün məlumat veriləcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA