Sabah 40 dərəcə isti olacaq

img

14-08-2013 [13:20]



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 16-dan 18-dək Bakıda və Abşeron yarımadasında temperaturlar tədricən yüksələcək. Bu müddətdə Aran rayonlarında 33-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 23-28, bəzi yerlərdə 30, Abşeron yarımadasında 33-35, bəzi yerlərdə 38 dərəcəyədək isti olacaq.

Avqustun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 31-36 dərəcə isti olacaq.

Bakı və Abşeron yarımadasında çirmərliklərdə dəniz suyunun hərarəti 25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 15-də hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA