14-08-2013 [11:51]
Prezident Administrasiyasının İşlər İdarəsinin keçmiş rəhbəri, hazırda həbsdə olan Akif Muradverdiyevin vəkili Fuad Ağayev öz bloqunda müvəkkili adından bəyanat yayıb. Bəyanatda deyilir: "İnternetdə 12 avqust 2013-cü ildə dərc olunmuş bir məqalə ilə tanış oldum. (Söhbət Eynulla Fətullayevin ”İlham Əliyevə qəsd planının üstü açılıdı" yazısından gedir-red.) Çox təəssüf etdim ki, məni tanımayan bir şəxs haqqımda uydurmalar dolu yazı vermişdir.
Məqaləyə münasibət bildirməzdim, ancaq mənim haqqımda, adları çəkilən başqa insanlarla münasibətlərim barədə həqiqətdən uzaq fikirlər yayıldığından, bunlara aydınlıq gətirmək məcburiyyətindəyəm".
Beləliklə, A.Muradverdiyev vəkili vasitəsi ilə bunları bildirib: "Eldar Namazovla uzun illər birlikdə işləmişik. Son il yarımda onunla bir neçə dəfə görüşmüşəm. Ona baş vermiş ağır itki ilə əlaqədar 7-8 dəfə yas məclisində iştirak etmişəm. Elə olub ki, bir neçə dəfə də yemək yemişik. O mənə öz siyasi fəaliyyətindən də danışıb, iştirak etdiyi təşkilatlarda təmsil olunmağı təklif edib, demişəm ki, siyasətlə məşğul olmaq istəmirəm, Bakıdan çıxıb gedirəm. Son iki görüşümüzdə məndən xahiş edib ki, oğlunun işə düzəlməsinə kömək göstərim, demişəm ki, öz övladlarıma iş axtarıram. Yeri gəlmişkən, onlar bu günə kimi işsizdirlər. Əgər mənim Eldar müəllimlə münasibətlərimi qəbahət bilirlərsə, ar olsun o məqaləni sifariş verənlərə. Yazını sifariş verənlər ”Milyarderlər ittifaqı" ilə məni özlərinin uydurduqları çirkin oyunlara bulaşdırmaq niyyəti güdürlər. Telman İsmayılovu mən o hələ Bakıda "İnturist” mehmanxanasında işlədiyi dövrlərdən tanıyıram, prezident İlham Əliyevə böyük hörməti var. Son bir ildə onunla iki dəfə görüşmüşəm. Öz işlərimə kömək etməsini xahiş etmişəm.
Abbas Abbasovla 2009-cu ildə 5 dəqiqə yas mərasimində, bir də 2013-cü ilin mayında təsadüfən görüşmüşəm. O, Vladimir şəhərinə tələsdiyini deyərək, əlavə etdi ki, Akif sənə qarşı olan haqsızlığı indi mənə qarşı döndəriblər, ancaq bilsinlər ki, biz Heydər Əliyevin oğlanlarıyıq, İlham Əliyevin də qardaşları. Bundan sonra mən Moskvada olmamışam.
O ki qaldı "LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərova ona da böyük hörmətim var. Onunla 2003-cü ilin məlum dekabr ayında görüşmüşəm. Sonra onu heç televizor kanalında da görməmişəm.
Rüstəm İbrahimbəyovla ömrümdə 3-4 dəfə üzbəüz gəlmişəm. Sonuncu dəfə onunla Şeremetyevo hava limanında pasport keçidində təsadüfən görüşdüm. O, əvvəlcə məni heç tanımadı, özümü təqdim etdikdən sonra xatırladı. Onun siyasi fəaliyyəti barədə mətbuat səhifələrində oxumuşam. "Milyarderlər ittifaqı”nın məqalədə adları çəkilən digər üzvlərini tanımıram.
O ki qaldı mənim Moskvaya gedib gəlmək xərclərimin Eldar Namazovun ödəməsinə, onunla bir hoteldə qalmağımıza, bu artıq simasızlıqdır. Mən son ildə 4 dəfə Moskvada olmuşam, heç zaman da mehmanxanada qalmamış, qohumumun mənzilində yaşamışam.
Sonda qeyd etmək istəyirəm ki, hər kəs bilsin ki, mənim Azərbaycan Respublikası Prezidentinin İşlər Müdiri vəzifəsində çalışdığım illərdə Moskvada vəzifədə olanların heç biri Prezident Aparatında işləmirlər, Moskvada Prezident Administrasiyasında işləyən Volodin adlı adamla nəinki əlaqəm yoxdur, onun hansı vəzifədə çalışdığını da sözügedən məqalədən bilmişəm".
Qeyd edək ki, A.Muradverdiyev iyunun 20-də Bakı hava limanında qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Onun əl çantasında Çar Rusiyasının dövrünə aid olan 18 min manat dəyərində 40 ədəd qızıl sikkə olduğu iddia edilir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi