14-08-2013 [11:07]
Bu gün isə Eynulla Fətullayevin yazısınaAzərbaycanın Serbiya Respublikasında, Monteneqro, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovdan cavab gəlib.
Səfirin cavabını nöqtəsinə toxunmadan dərc edirik:
- İltizamlı, muzdlu "mirzə” Eynulla Fətullayevin növbəti əsassız, məntiqsiz və sərsəm uydurmaları məni heç təəccübləndirməsə də, böhtanın səviyyəsi onun və ipini əlində saxlayan sifarişçinin "ayı xidməti” göstərmək üçün heç bir çərçivə tanımadıqlarını göstərir. E.Fətullayevin əvvəlki iftira və uydurmaları kimi son fərziyyələrinə də münasibət bildirmək niyyətində deyildim. Lakin axırıncı əsassız mülahizələrində iki amil - şərəf və ləyaqətimə toxunan fikirlər səsləndirməsi, Azərbaycan Prezidentinə və Azərbaycan dövlətçiliyinə qarşı guya ki, müxtəlif fəaliyyətlərdə "iştirakıma” dair detektiv üslubda yazdığı uydurmaları, sayıqlamaları - məni mövqe bildirməyə vadar etdi. Nə qədər səbirli olsam da, həyasızlığa və səviyyəsizliyə dözə bilmədim. Vətəndaşlıq hüquqlarımdan istifadə edərək, bu təhqirlərə, hədyanlara və bohtanlara son qoymaq istərdim. Bəzi hallarda özünü jurnalist kimi qələmə verənlərə qarşı hüquqi çərçivədə tədbirlərin görülməsi onları beynəlxalq ictimaiyyət qarşısında "qəhrəmana” çevirdiyindən və hər nə olsa da adını daşıdığı jurnalist peşəsinə olan hörmətimdən bunu etmirəm. Təəssüf ki, bir sıra hallarda bu cür cəzasızlıq nəinki həyasızlığa, hətta növbəti cinayətlərə gətirib çıxarır. Əgər son dövrlər E.Fətullayevin mənimlə bağlı səsləndirdiyi sərsəm fikirlərindən biri belə təsdiq olunsa, qanunun bütün sərtliyi çərçivəsində cavab verməyə hazıram. Haqqımda yazdığı böhtanların altında heç bir əlaqəsi olmayan - bir neçə il əvvəl Rumıniya bayrağının fonunda həmin ölkədəki tədbirlərdən birində çəkilmiş şəkli yerləşdirməsi də onun hansı "faktlara” əsaslanıb uydurduğunun göstəricisidir. Yazır ki, "E.Həsənovun günü demək olar ki, Rusiyada keçir”, ""Milyarderlər İttifaqı” layihəsinə cəlb edilən və kölgədə saxlanan ehtiyat oyunçulardan biridir”, Akif Muradverdiyev, Eldar Namazov, Söyün Sadıqovla görüşlər keçirməyim, hansısa biznes layihələrdə olmağım və sair gülünc şayiələr. Həvəskar detektivimizin nəzərinə çatdırmaq istərdim ki, son dəfə Rusiyada təxminən 3 il bundan qabaq beynəlxalq tədbirdə iştirak etmək məqsədilə olmuşam. Bu məlumatı bulanıq işlərdə püxtələşən sifarişçisi də Rusiyadakı dostları vasitəsilə sərhəd xidmətindən çox asan şəkildə yoxlaya bilər. O ki qaldı "çoxbilmiş tədqiqatçı”mızın mətbuatda "Milyarderlər ittifaqı” kimi adı sadalanan "layihəyə cəlb olunmağımı” "ifşa etməsinə”, bu təşkilatda təmsil olunan insanlardan bir neçəsini şəxsən tanıdığım və onlardan bəzilərinə isə hörmətli münasibətimin olması sirr deyil. Tanıdığım bu şəxslərin Azərbaycan Prezidentinə və Azərbaycan dövlətçiliyinə qarşı hər hansı fəaliyyətdə iştiraklarına inanmaq və bunu qəbul etmək istəmirəm. Digər tərəfdən isə, məni tanıyanlar onu da yaxşı bilirlər ki, Azərbaycanın müstəqil dövlətçiliyinə, xalqımızın təhlükəsizliyinə və dövlətin konstitusion əsaslarına qarşı yönələn qəsdlərdə, cinayətlərdə iştirakı olanlara qarşı münasibətdə mənim üçün qohum-əqraba, dost-tanış amili heç vaxt olmayıb və olmayacaq. Hətta Baş prokuror işlədiyim illərdə belə verdiyim qərarlar, imzalanmış sənədlər bu cür hallara qarşı barışmaz və tərəddüdsüz mövqeyimin bariz göstəricisidir. Azərbaycan Prezidenti və müstəqil dövlətçiliyimizin, xalqımızın təhlükəsizliyi naminə öz imzamla, adımla, əməli fəaliyyətimlə açıq mübarizə aparan ağır illərdə bugünku çızmaqaraları və beynəlxalq təşkilatlara müraciətləri ilə hakimiyyətə qənim kəsilən E.Fətullayevin hansı yolun yolçusu olduğunu hamı bilir. Nədir bu qəfil transformasiya?! Sözdə vətən sevgisi, sözdə dövlət sevgisi?! Bütün bunlar, olmayan yerdən problem yaratmaq, onu süni olaraq şişirtmək və Azərbaycan Prezidentinə özünü bu olmayan problemi həll etməyə qadir olan "yeganə qəhrəman” kimi qələmə verməkdən, şəxsi və qrup maraqları naminə "bizim də xidmətlərimiz var”, "biz olmasaq....” kimi fikirlərlə, nəyin bahasına olursa olsun kreslosunu qorumağa və özünü sırımağa cəhd göstərməkdən başqa bir şey deyildir. Əminəm ki, qanunsuz yollarla hakimiyyət uğrunda mübarizənin, dövlət çevrilişlərinə cəhdlərin ağır nəticəsi olaraq doğma torpaqlarının itirilməsini unutmayan və gələcəyə böyük inamla, ümidlə baxan qədirbilən xalqımızın rəğbətini və dəstəyini qazanan, ölkəmizin dünya birliyində layiqli yerini tutmasının, Azərbaycandakı sabitliyin, davamlı inkişafın və tərəqqinin əsas təminatçısı olan, təcrübəli və uzaqgörən siyasətçi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin küləyin istiqamətindən asılı olaraq dəyişən "mirzə”lərin çızmaqaralarına və onlardan geri qalmayan dar düşüncəli sifarişçilərin müdafiəsinə və "ayı xidməti”nə ehtiyacı yoxdur. Nankor, biçarə nökər kimi xalqını, dövlətini müxtəlif cinayətlərdə əsassız ittiham etmək yolundan müvəqqəti çəkilib, bu cür sərsəm hədyanlar uydurmaq da dövlətçiliyə və xalqa xidmət deyildir. Xalqa, dövlətə sədaqət və xidmətlə xəyanət anlayışlarının fərqini hələ də dərk etməyib, belə çirkin yolla özünü Azərbaycan dövlətçiliyinin müdafiəçisi kimi qələmə verməklə E.Fətullayev nəyə nail olmaq istəyir?! Suyun üzündə qalmaq üçün köpüyə belə əl atan zavallı insan kimi görünməkdən həzz alırsa, növbəti uydurmalarına münasibətim, cavablarım və cavabı olmayan suallarım ona yox, onun xəyalpərəst, kinli, fürsətcil və fəsadçı sifarişçisinə olacaq.
Eldar Həsənov,
13 avqust 2013-cü il
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi