TQDK ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərə müraciət etdi

img

13-08-2013 [19:11]



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üzrə ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərə müraciət edib.

Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər. Abituriyentlərin ixtisas seçimi avqustun 15-i saat 00:00 başa çatacaq.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər. Bu gün saat 14:00-dək həmin abituriyentlərdən 30642 nəfəri ixtisas seçimi ərizəsini təsdiq edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA