Havalar yenidən istiləşir

img

13-08-2013 [13:47]


Avqustun 15-dən Azərbaycanda havanın temperaturu yenidən yüksəlməyə başlayacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunndan verilən məlumata görə, bu həftənin ikinci yarısında temperaturların yüksəlməsi müşahidə ediləcək.

Avqustun 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Günün birinci yarısında havanın qısa müddətə tutulacağı gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 21-24, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 14-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gün ərzində hava əsasən yağmursuz keçəcək.

Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti təşkil edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA