Şeyxin kürəkəni səfir oldu

img

13-08-2013 [12:32]


Prezident İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncamla Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Ölkə başçısının digər sərəncamı ilə Adış Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.

Modern.az saytına məlum olub ki, Adış Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin kürəkənidir.

A.Məmmədov əvəllər Bakı Dövlət Universitetində müəllim işləyib, sonralar Azərbaycanın İrandakı səfirliyində çalışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA