13-08-2013 [10:52]
"Yeni dərs ilinə II, IV, VI, VIII, IX və XI siniflər üçün 139 adda 4 mln 11 min nüsxə dərslik və müəllim üçün metodik vəsait dövlət vəsaiti hesabına çap edilərək ümumtəhsil məktəblərinin istifadəsinə veriləcək”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir. Qeyd edilib ki, VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb.
IX sinfin "Alman dili” dərsliyi də yeni dərslikdir. Digər dərsliklər əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub.
Yeni təhsil proqramlarının (kurikulumlar) VI siniflərdə də tətbiqi ilə əlaqədar müəllimlərin hazırlığına başlanılıb. Yeni dərs ilində təlimin keyfiyyəti ilə bağlı monitorinqlərin aparılmasına xüsusi diqqət yetiriləcək, nəticədən asılı olaraq müvafiq təkliflər hazırlanacaq.
Yeni dərs ili üçün yeniliklərdən biri də ondan ibarətdir ki, ilk dəfə olaraq özəl ilk peşə-ixtisas təhsili müəssisəsi olan Bakı Sahibkarlıq Peşə Məktəbinə qəbul aparılacaq.
Bu tədris ilindən başlayaraq, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil almaq istəyən şəxslər sənədlərini onlayn rejimdə təqdim edə biləcəklər. Bu proses www.psds.edu.az saytı vasitəsilə aparılacaq. Eyni zamanda qeyd olunan sayt vasitəsilə həm ilk peşə-ixtisas təhsili müəssisələri, həm də peşələr və qəbul qaydaları haqqında məlumat əldə etmək mümkün olacaq.
Yeni tədris ilində Təhsil Nazirliyi bir sıra qurumlarla, o cümlədən, işəgötürən təşkilatlarla kadr hazırlığı istiqamətində birgə layihələr həyata keçirəcək. Belə ki, Bakı şəhərində yerləşən bir neçə ilk peşə-ixtisas təhsili müəssisəsində tanınmış şirkətlərlə birgə və beynəlxalq əməkdaşlıq çərçivəsində Resurs Mərkəzlərinin yaradılması, eləcə də müvafiq kursların təşkili nəzərdə tutulur.
Yeni dərs ilində orta ixtisas təhsili müəssisələri üçün 13 adda 17800 nüsxə dərslik, dərs vəsaiti və metodik vəsait (elektron versiyaları ilə birgə) ilk dəfə olaraq hazırlanıb nəşr edilib və orta ixtisas təhsili müəssisələrinə paylanacaq.
Yeni dərs ili ərəfəsində ali və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi genişləndirilib. Belə ki, İnformasiya Texnologiyaları Universiteti və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb, qəbul planı müəyyənləşdirilib. Növbəti dərs ilindən həmin təhsil müəssisələrində tədrisə başlanacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi