MTN sabiq nazirin həbsi ilə bağlı açıqlama yaydı

img

12-08-2013 [17:47]


Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin həbsi ilə bağlı məlumat yayıb. 

MTN-in mətbuat xidmətinin rəhbəri Arif Babayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan vətəndaşı Quliyev Nicat Əmir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 maddəsində (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə)nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinib.

Nazirlik rəsmisinin sözlərinə görə, o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə 2013-cü ildə avqustun 7-də tutulub və təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə avqustun 8-də barəsində həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, Nicat Qulieyv MTN əməkdaşları tərəfindən həbs olunarkən bağ evindən xeyli sayda silah-sursat da aşkarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA