Nazirlik əməliyyat keçirdi, 300.000 tələb edən dəstə yaxalandı

img

12-08-2013 [15:09]


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əli Məmmədova hədə-qorxu gəlib 300.000 manat pul verməsini tələb edən şəxslər yaxalanıb.

Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin şəxslər Ə.Məmmədovdan əvvəlcə 120.000 manat pul alıblar. Daha sonra aparılmış əməliyyat tədbirləri nəticəsində pulu alan şəxslərin Şəmkir rayon sakini Saday İsmayılov və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif İbadov olmaları müəyyən edilib.


BMCMİ və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri zamanı Ə.Məmmədovdan əlavə 150.000 manat pul tələb etmiş S.İsmayılov, V.İbadov və onlarla birgə olan Bakı şəhər sakinləri Atəş Osmanov və Anar Məmmədov tutulublar. V.İbadovun üzərindən 34,6 qram tiryək, S.İsmayılovdan isə 15.000 manat pul aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA