Təhsil Nazirliyindən elm adamlarına mesaj

img

12-08-2013 [14:11]


"Distant formada təhsil alan şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb” 

Təhsil Nazirliyi distant təhsil aldıqdan sonra verilən diplomların Azərbaycanda tanınıb-tanınmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib.

ANS PRESS-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xarici ölkələrin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması (nostrifikasiya) proseduru Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın tələblərinə riayət olunmaqla həyata keçirilir: "Nazirlər Kabinetinin qeyd edilən qərarında distant formada təhsil alan şəxsin xarici ali təhsil haqqında sənədinin ölkə ərazisində tanıması proseduru nəzərdə tutulmayıb”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA