İbrahimbəyovun namizədliyi rəsmən irəli sürüldü

img

12-08-2013 [13:38]



Milli Şuranın vahid namizədinin irəli sürülməsiylə bağlı Təşəbbüs Qrupunun toplantısı başa çatıb. Qapalı keçirilən toplantıda Təşəbbüs Qrupu yaradılaraq vahid namizədin irəli sürülməsiylə bağlı qərar qəbul olunub. ALP-nin İcrayə Komitəsinin sədri Milli Şuranın Təşəbbüs Qrupunun sədri və MSK-dakı nümayəndəsi seçilib. Toplantıdan sonra E.Məmmədzadə jurnalistlər üçün məlumat verib

E.Məmmədzadə bildirib ki, iclasda seçki hüququ olan 153 vətəndaş iştirak edib və bu da təşəbbüs qrupunun yaradılması üçün yetərlidir. Qanunvericiliyə görə, təşəbbüs qrupunun yaradılması üçün seçki hüququ olan 100 vətəndaşın imzası lazımdır. Təşəbbüs qrupu Milli Şuranın Təşəbbüs Qrupu adlandırılıb. Qrup namizədinin qeydə alınması üçün qısa zamanda MSK-ya müraciət edəcək.

"Milli Şuranın Təşəbbüs Qrupu oktyabrın 9-na təyin olunmuş prezident seçkilərinə yekdiliklə Milli Şuranın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürüb. Artıq müvafiq sənədlər hazırlanır və MSK-ya Milli Şuranın sədrinin namizədliyinin təsdiq olunması üçün bildirişlə müraciət edilməsi qərara alınıb. Sənədlər hazırlanır qanunvericiliyin tələbinə görə ən geci sentyabrın 9-na qədər Təşəbbüs Qrupları yaradıla, namizədlər irəli sürülə bilər. MSK ona təqdim olunan sənədləri 5 gün müddətində araşdırdıqdan sonra irəli sürülmüş namizədi təsdiq edir. Təsdiqdən sonra namizədin imza toplanması kampaniyası başlayır. Qanun tələbinə görə 60-dan çox dairədə 40 min imza toplanmalıdır”, - deyə Məmmədzadə bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA