Putin Azərbaycana 6 nazirlə gəlir - rəsmi

img

12-08-2013 [12:22]



Rusiya Prezidenti Vladimir Putin avqustun 13-də Azərbaycana səfər edəcək. 

Bu açıqlamanı jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov verib.

Y.Uşakov Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilməsi gözlənilən görüşdə 5-6 ikitərəfli sənədin, o cümlədən enerji və nəqliyyat sahəsində sənədlərin imzalanmasının gözlənildiyini qeyd edib.

Putinin bu səfərinin nəticəsi olaraq Azərbaycan və Rusiyanın neft-qaz sahəsində əməkdaşlığının perspektivli olacağı da proqnozlaşdırılır. Enerji layihələrinin artıq iyulda - "Rossneft" şirkətinin prezidenti İqor Seçinin Bakıda İlham Əliyevlə, eləcə də ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayelə görüşü zamanı müzakirə edildiyi ehtimal edilir.

Y.Uşakov bildirib ki, Rusiya nümayəndə heyəti vurğulayır ki, danışıqlar zamanı ikitərəfli məsələlərin kompleks şəkildə müzakirə ediləcəyi planlaşdırılır.

Y.Uşakovun sözlərinə görə, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Serqey Lavrov, müdafiə naziri Serqey Şoyqu, energetika naziri Aleksandr Novak, fövqəladə hallar naziri Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev, o cümlədən "Rosoboroneksport"un baş direktoru Anatoliy İsyakin, Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, "Rosneft" şirkətinin rəhbəri İqor Seçin və "Lukoyl" şirkətinin rəhbəri Vahid Ələkbərov daxildir.

Y.Uşakov o cümlədən vurğulayıb ki, avqust ayının 13-də Rusiya-Azərbaycan danışıqlarının keçirildiyi zaman Rusiya Federasiyasının "Dağıstan" raket gəmisi və "Volqodonsk" artilleriya gəmisi dostluq səfəri çərçivəsində Bakı limanında olacaq.

anspress.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA