Rüstəm İbrahimbəyovun namizədliyi üçün təşəbbüs qrupu yığışdı

img

12-08-2013 [11:43]



Bu gün Milli Şura sədri Rüstəm İbrahimbəyovun təşəbbüs qrupu toplanır. 

Mia.az "Musavat.com”a istinadən xəbər verir ki, tədbir Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında keçiriləcək. Toplantıda R.İbrahimbəyovun prezidentliyə namizədliyinin müzakirə olunması və rəsmən irəli sürülməsi gözlənilir. 

Artıq R.İbrahimbəyovun bununla bağlı sənədlərinin hazır olduğu da bildirilir. Təşəbbüs qrupu qanunvericiliyə uyğun olaraq R.İbrahimbəyovun namizədliyinin təsdiq olunması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edəcək.

Qeyd edək ki, saat 12.00-da başlanacaq tədbirə artıq onlarla insan qatılmaq üçün ACP-nin qərargahı qarşısına gəlib. 

Artıq ACP, AXCP, ALP, KXCP-dən və "El" Hərəkatından təmsilçilər təşəbbüs qrupuna qoşulmaq üçün ACP qərargahına gəliblər. Tədbirdə 150-yə yaxın insanın iştirak edəcəyi bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA