İbrahimbəyov məktub göndərdi, namizədlik rəsmiləşdirilir - Eldar Namazov

img

11-08-2013 [20:46]



Avqustun 12-də Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun təşəbbüs qrupu toplanacaq. Milli Şuranın İcra Aparatından aldığımız məlumata görə, Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında keçiriləcək toplantıda R.İbrahimbəyovun prezidentliyə namizədliyinin rəsmən irəli sürülməsi gözlənilir. 

Məlumatda deyilir ki, İbrahimbəyovun bununla bağlı sənədləri artıq hazırdır və təşəbbüs qrupu qanunvericiliyə uyğun olaraq onun namizədliyinin təsdiqi üçün MSK-ya müraciət edə bilər.

Təşəbbüs qrupunun toplantısı barədə məlumatı İcra Aparatının rəhbəri Eldar Namazov da "azadliq.info"ya təsdiqləyib.

Xatırladaq ki, avqustun 12-də Milli Şuranın növbəti sessiyası da keçiriləcək. KXCP-nin qərargahında keçiriləcək sessiya saat 17.00-da başlayacaq və saat 19.00-da nəticələrlə bağlı mətbuat konfransı olacaq.

***

Bu arada Rüstəm İbrahimbəyov Milli Şura üzvlərinə məktub göndərib. ANS TV-nin məlumatına görə, məktubda İbrahimbəyov müxalif demokratik qüvvələr arasından bir neçə nəfərin də namizədliyinin irəli sürülməsini təklif edib: "Milli Şuranın adından deyil, partiyaların adından bir neçə namizədin irəli sürülməsi düz olardı. Çünki indi bilinmir ki, kim qeydiyyatdan keçəcək, kim keçməyəcək. Amma indiki məqamda mənim namizədliyim mütləq vahid namizəd kimi təsdiqlənməlidir. Amma nə olursa-olsun, mən seçkidən qabaq Bakıya gəlməliyəm. Rusiya vətəndaşlığına xitam verilməsi məsələsi avqustun 15-dən sonra aydınlaşacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA