Putinin Bakı səfərinin vaxtı bəlli oldu

img

11-08-2013 [14:14]



Rusiya prezidenti Vladimir Putinin Bakı səfərinin vaxtı açıqlanıb. Modern.az-ın məlumatına görə, Putinin Azərbaycana gələn həftənin əvvəlində gələcəyi gözlənir. Səfərin avqustun 14-dək baş tutması nəzərdə tutulub.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov «Vestnik Kafkaza» saytının müxbirinə açıqlamasında deyib.

Səfər zamanı Putin Prezident İlham Əliyevlə görüşəcək.

Qeyri-rəsmi məlumatlarda səfər zamanı Putinin Azərbaycana Avrasiya İttifaqına daxil olmaq təklifi edəcəyi bildirilir.

Qeyd edək ki, Putin sonuncu dəfə Azərbaycanda 2007-ci ildə olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA