Əbülfəs Qarayev qəza törətdi; Nazir inək vurdu

img

11-08-2013 [11:44]


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ramazan bayramını Qubanın Qəçrəş kəndində keçirib. Amma istirahəti zamanı nazir üzücü olayla da qarşılaşıb. 

Mia.az Moderator.az-a istinadən xəbər verir ki, Əbülfəs Qarayev dünən özünün idarə etdiyi "Rance Rover” markalı avtomobili ilə kənd yolunda qarşısına çıxan inəyi vurub. Qəza nəticəsində nazirə məxsus avtomaşının qabaq hissəsi yüngül əzilib. Vurulan inəyin isə ayağı sınıb. Əbülfəs Qarayev kənd sakinləri vastiəsilə inək sahibini taparaq, ona dəyən zərəri ödəyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA