Tural Abbaslının anası: "Oğluma təcridxanada işgəncələr verirlər"

img

10-08-2013 [15:18]


Müsavat Divanının üzvü, partiyanın Gənclər Təşkilatının lideri Tural Abbaslı barədə həyacanlı xəbərlər gəlməkdədir. 

Gənc liderin anası Başxanım Abbaslı musavat.com-a həyəcan və göz yaşı içərisində bildirib ki, onun oğluna müvəqqəti saxlama təcridxanasında işgəncələr verilir: "Vəkil Əsabəli Mustafayev onunla görüşə getmişdi. İndi çıxdı. Belə məlum olur ki, Turalı təcridxanada üç gün qandallarda saxlayırlar. Həm də əlini arxadan bağlayraq. Tural həbs olunan gün oruclu idi. Axşam ona yemək də verməyiblər. Ümumiyyətlə, həbs olunan gündən bu günə kimi Turala ancaq su veriblər, bizdən - yaxınlarından yemək götürməyə təcridxananın yeni rəsi icazə vermir”. B. Abbaslı deyir ki, əli heç yana çatmır. İçəridə oğluna işgəncə verilir. Lakin bunu çatdırmağa, kömək istəməyə hər hansı bir instansiya tap bilmir. Ona görə də saytımız vasitəsi ilə ölkə və dünya ictimaiyyətinə müraciət edir.

Faktı vəkil Əsabalı Mustafayev də təsdiq etdi. O, musavat.com-a dedi ki, müvəkkilini onunla görüşdürmək istəməyiblər: "Uzun mübahisədən sonra bir saat da gözlətdilər və sonradan görüş verildi. Tural Abbaslı saxlanma şəraitindən ciddi iradlar bildirdi. Təmiz yataq, hamam dəstinin verilmədiyini, yeməyin çirkli və ümumi qabda verildiyini bildirdi. Gəzintiyə nadir hallarda çıxarılır. Yemək müntəzəm verilmir, səhər yeməyi ümumiyyətlə olmur. Verilən qidalar keyfiyyətsizdir. Həmçinin Turalın sözlərinə görə, təmiz olmayan və ümumi qablarda yemək gətirilir. Rəis Tural Abbaslıya qarşı şəxsi qərəzli münasibət bildirdiyini açıq-aydın ona söyləyib və bunu gizlətmir. Rəis bunun Turalın müxalifətçi olması ilə bağlı olduğunu deyir. Həmçinin Tural iki gün qolları arxadan qandallı halda, bir gün də istilik sisteminə qandallı şəkildə saxlanılıb. Tural onunla bağlı həbsxanada baş verənləri onunla əsaslandırır ki, bu, onun siyasi fəaliyyətinə görədir və rəiz də tez-tez bunu büruzə verir. Tural Abbaslının sözlərinə görə, həbsxanaya gətirilən gün təlimatları istəyib ki, hüquq və vəzifələrinin nədən ibarət olduğunu öyrənsin. Bunun qarşılığında isə onu qandallayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA