Rüstəm İbrahimbəyovla bağlı yeni açıqlama: "İştirak edə bilməsə, yəqin ki diqər variantlar müzakirə ediləcək"

img

10-08-2013 [14:18]


Rüstəm İbrahimbəyovun pasport məsələsi həll olsa, yəqin ki növbəti sessiyada iştirak edəcək. Amma iştirak edə bilməsə, yəqin ki digər variantlar müzakirə ediləcək. 

Bu sözləri "Qafqazinfo” ya açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib.

Onun sözlərinə görə, variantlar vahid namizəd prinsipindən əsas namizəd məsələsinə keçidlə bağlı olacaq: " Milli Şuranın konsepsiyasında da bu əsas namizəd məsələsi əvvəldən nəzərdə tutulub. Bir neçə şəxs əsas namizəd ola bilər. Kimin bu haqda iddiası, gücü varsa, o da əsas namizəd olar”.

Qeyd edək ki, Milli Şuranın növbəti sessiyası avqustun 12-də keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA