Qüdrət Həsənquliyevin namizədliyi ilə bağlı son qərar qəbul ediləcək

img

10-08-2013 [14:10]


Sabah BAXCP Ali Məclisinin sessiyası keçiriləcək və sessiyada Qüdrət Həsənquliyevin namizədliyi ilə bağlı son qərar qəbul ediləcək. Bu barədə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məlumat verib.

Onun sözlərinə görə, iyun ayının 2-də BAXCP 3-cü qurultayını keçirdikdən sonra bu haqda qərar qəbul edib: "BAXCP sonuncu qurultayında qərar qəbul edib ki, 2013 -cü il prezident seckilərində öz namizədimizlə iştirak edək. Sabahkı Ali Məclisin iclası da buna görədir. Biz öz liderimiz Qüdrət Həsənquliyevlə seçkiyə qatılırıq. Seçki şüarımız da müəyyən edilib. "Dördüncü Respublika”".

Niyaməddin Orduxanlı seçkidə əsas rəqiblərinin YAP təmsilçisi İlham Əliyevin olduğunu bildirib: "Prezident İlham Əliyev həqiqətən də çox güclü rəqibdir. Bizim əsas rəqibimiz indki prezident olacaq. Demək olar ki seçkinin favoritidir. Ancaq biz öz namizədimizə çox güvənirik və Qüdrət Həsənquliyevin qalib gəlməsi üçün bütün imkanlarımızdan istifadə edəcəyik”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA